Çinli turistlər Mərkəzi Asiyaya axışır: Aviabilet bronları 120 faiz çoxalıb

Hazırda oxunan: Çinli turistlər Mərkəzi Asiyaya axışır: Aviabilet bronları 120 faiz çoxalıb

609498

Mərkəzi Asiya çinli turistlər üçün yeni populyar istiqamətə çevrilir.

Bizim.Media xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Məlumata görə, Çin vətəndaşları tərəfindən Mərkəzi Asiya ölkələrinə bron edilən aviabiletlərin sayı pandemiyadan əvvəlki dövrlə müqayisədə 120 faiz artıb.

Bu göstərici Çinlə Mərkəzi Asiya ölkələri arasında sərnişin axınının ciddi şəkildə çoxaldığını göstərir.

Ekspertlər bildirirlər ki, marağın artmasında Pekinin “Bir kəmər, bir yol” təşəbbüsü, region ölkələri ilə əlaqələrin genişlənməsi və yeni aviareyslərin açılması mühüm rol oynayır.
 

Çinli turistlər arasında xüsusilə Özbəkistan və Qazaxıstan daha çox maraq doğurur. Bu ölkələr əlverişli viza şərtləri və zəngin mədəni irsi ilə seçilir.


Artan tələbat fonunda aviaşirkətlər yeni marşrutlar açmağa başlayıblar. Bunlara Şanxay-Almatı, Şanxay-Bişkek və Şanxay-Daşkənd istiqamətləri daxildir.

Analitiklərin fikrincə, Mərkəzi Asiyaya marağın artması dünya turizm bazarında yeni tendensiyaya çevrilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin