Gəncədə “QAZel” yandı, sürücü xəsarət aldı - FOTO/VİDEO

Hazırda oxunan: Gəncədə “QAZel” yandı, sürücü xəsarət aldı - FOTO/VİDEO

609525

Gəncədə “QAZel” markalı orta tonnajlı yük avtomobili qəfil alışıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sevil Qazıyeva küçəsində baş verib.
 

İlkin məlumata əsasən, Elşən Cəfərova məxsus avtomobildə yanğın başlayıb. Hadisə zamanı sürücü alovu söndürməyə çalışarkən əlindən və bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb.


Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub. Yanğın onların köməkliyi ilə söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin