Çexiya Azərbaycandan enerji resursları alacaq?

Hazırda oxunan: Çexiya Azərbaycandan enerji resursları alacaq?

609556

Çexiya Avropa İttifaqına daxil olmayan ölkələr arasında güclü və sabit tərəfdaşlara, o cümlədən enerji resursları təchizatçılarına ehtiyac duyur.

Bizim.Media xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan, Qazaxıstan və Özbəkistana böyük biznes nümayəndə heyəti ilə yola düşməzdən əvvəl bildirib.

Onun sözlərinə görə, dörd günlük səfər çərçivəsində bu üç ölkədən Çexiyaya neft və qaz tədarükü ilə bağlı danışıqlar mühüm yer tutacaq.

Babiş qeyd edib ki, nümayəndə heyətinin tərkibinə Çexiyanın enerji, nəqliyyat, maşınqayırma və müdafiə sənayesi sahələrində fəaliyyət göstərən 50-yə yaxın iri şirkət və müəssisənin rəhbərləri daxildir.
 

Səfər zamanı Çexiya baş nazirinin bu ölkələrin yüksək səviyyəli rəhbərləri ilə də görüşləri planlaşdırılır.


Məlumata görə, Babiş çərşənbə axşamı Astanada qazaxıstanlı həmkarı Oljas Bektenovla danışıqlar aparacaq, çərşənbə günü isə onu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qəbul edəcək.

Xatırladaq ki, Çex Respublikasının Baş naziri Andrey Babiş dünən Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Qəbələ Beynəlxalq Hava Limanında Çex Respublikasının Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Çexiyanın Baş naziri Andrey Babişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin