Ağstafada gənc oğlan bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Aşağı Kəsəmən kənd sakini, 2010-cu il təvəllüdlü Hüseynov Nəsir Ayaz oğlu yaşadığı evin həyətində elektrik naqilinin açıq hissəsinə toxunarkən onu cərəyan vurub.
Nəticədə 16 yaşlı gənc vəfat edib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu




































































































