Rusiya ordusunda qida çatışmazlığı fonunda kannibalizm hallarının qeydə alındığı bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə “The Sunday Times” məlumat yayıb.
Nəşr yazır ki, Ukrayna Baş Kəşfiyyat İdarəsindən fotolar və rusiyalı zabitlər arasında səsli mesajların dinləmələri də daxil olmaqla materiallar əldə edib.
Məlumatda ən azı 5 halda rusiyalı hərbçilərin öldürülmüş silahdaşlarının meyitlərini yediyi iddia olunur.
Epizodlardan birinin 2025-ci ilin noyabrında Mirnoqrad yaxınlığında baş verdiyi bildirilir. İddiaya görə, “Xromoy” çağırış adlı hərbçi iki silahdaşını öldürüb və onlardan birinin ayağını yeməyə cəhd edib.
Bununla belə, “The Sunday Times” qeyd edir ki, yayılan materialların həqiqiliyini müstəqil şəkildə təsdiqləyə bilməyib.
Hadisə ilə bağlı Rusiya tərəfinin mövqeyi hələlik açıqlanmayıb.
Bizim.Media
































































































