İran səfiri Əraqçinin Moskvada Putinlə görüşəcəyini açıqladı

Hazırda oxunan: İran səfiri Əraqçinin Moskvada Putinlə görüşəcəyini açıqladı

609508

İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 27-də Moskvaya səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində Əraqçi Rusiya rəhbərliyi ilə danışıqlar aparacaq.

Cəlali bildirib ki, İran xarici işlər naziri Moskvada Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcək.
 

Görüşün əsas mövzusunun İranla ABŞ arasında aparılan danışıqların hazırkı vəziyyəti olacağı bildirilir.


Tərəflərin həmçinin bu istiqamətdə mümkün birgə təşəbbüsləri müzakirə edəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin