Almaniyanın hərbi-nəqliyyat təyyarəsi İrəvana eniş etdi - FOTO

Hazırda oxunan: Almaniyanın hərbi-nəqliyyat təyyarəsi İrəvana eniş etdi - FOTO

609476

Almaniya Hərbi Hava Qüvvələrinə məxsus “C-130J-30” tipli hərbi-nəqliyyat təyyarəsi İrəvana eniş edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Flightradar24” məlumatlarında qeyd olunub.

Belə ki, “GAF310” bort nömrəli təyyarə Fransanın Evre şəhərindən havaya qalxıb və Ermənistan istiqamətində hərəkət edib.

Uçuş trayektoriyasına əsasən, Almaniya HHQ-yə məxsus təyyarə Avropa, Türkiyə və Cənubi Qafqaz üzərindən keçərək İrəvana çatıb.
 

Təyyarənin hansı məqsədlə Ermənistana göndərildiyi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.


Qeyd edək ki, “C-130J-30” hərbi-nəqliyyat təyyarələri şəxsi heyətin, hərbi yüklərin və xüsusi avadanlıqların daşınması üçün istifadə olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin