Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu çoxmillətli “EFES-2026” təlimində iştirak etmək üçün Türkiyəyə yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbçilər təlim çərçivəsində döyüş atışlı praktiki məşğələlərə cəlb olunacaqlar.
Təlimin əsas məqsədi iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, döyüş hazırlığının artırılması və təcrübə mübadiləsinin genişləndirilməsidir.
“EFES-2026” təliminin İstanbul və İzmir şəhərlərində keçiriləcəyi qeyd olunur.
Bizim.Media
































































































