Yevlax sakinlərinin NƏZƏRİNƏ: Saat 15:00-dan etibarən…

Hazırda oxunan: Yevlax sakinlərinin NƏZƏRİNƏ: Saat 15:00-dan etibarən…

609547

Yevlaxın bir hissəsində bu gün qaz təchizatı dayandırılacaq.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Tərtər Regional Qaz İstismar İdarəsi tərəfindən 27.04.2026-cı il tarixində saat 15:00-dan etibarən işlər başa çatanadək qazın verilişi dayandırılacaq.
 

Bildirilib ki, buna səbəb yaz-yay mövsümü ilə əlaqədar qaz ölçü qovşaqlarında quraşdırılmış mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəzlənməsidir.


Aparılacaq işlərlə əlaqədar şəhərdəki sənaye müəssisələrinin, həmçinin Çənlibel, Nizami, Üzeyir Hacıbəyov, C.Kərimov, Z.Tağıyev, Bakıxanov, Vaqif, Sabir, Füzuli və digər küçələrdə yaşayan abonentlərin mavi yanacaqla təchizatı müvəqqəti dayandırılacaq.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin