Malidə şiddətli döyüşlər: Rusiya hərbçiləri ölkədən qaçır - VİDEO

Hazırda oxunan: Malidə şiddətli döyüşlər: Rusiya hərbçiləri ölkədən qaçır - VİDEO

609488

Malidə tuareq üsyançıları və “Əl-Qaidə” ilə əlaqəli JNIM qruplaşmasının birgə hücumu ölkədə təhlükəsizlik böhranını daha da dərinləşdirib.

Bizim.Media xəbər verir ki, silahlı qruplar paytaxt Bamako və ölkənin şimalındakı bir sıra strateji bölgələrə koordinasiyalı hücumlar həyata keçiriblər.
 

Məlumata görə, hücumlar Bamako-Senu beynəlxalq hava limanı, paytaxt yaxınlığındakı Kati hərbi bazası, Qao və Kidal istiqamətlərini əhatə edib. Qərb mediası bunu Malidə son illərin ən böyük koordinasiyalı hücumlarından biri kimi qiymətləndirir.


Bəzi məlumatlara görə, ölkənin şimalında yerləşən Kidal şəhəri uğrunda döyüşlər xüsusilə ağır keçib.

Bu şəhər uzun illərdir həm tuareq separatçıları, həm də Mali ordusu üçün simvolik əhəmiyyət daşıyır.

Silahlıların Bamako-Senu hava limanına və yaxınlıqdakı hərbi obyektlərə də hücum etdiyi bildirilir. Mali ordusu hücumların bir qisminin qarşısının alındığını açıqlayıb. Paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib və komendant saatı tətbiq olunub.

Məlumatlarda Rusiyanın dəstəklədiyi “Afrika korpusu”nun, yəni keçmiş “Vaqner” strukturlarının da döyüş bölgəsində olduğu qeyd olunur. Bəzi mənbələr rusiyalı hərbi qüvvələrin üsyançılarla təhlükəsiz çıxış barədə razılığa gəldiyini iddia edir. Bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

“The Guardian”ın məlumatına görə, hücumlara görə məsuliyyəti “Əl-Qaidə” ilə əlaqəli “Camaat Nüsrət əl-İslam vəl-Müslimin” — JNIM qruplaşması üzərinə götürüb.

“Reuters” isə Fransanın RFI radiosuna istinadən yazıb ki, Kati hərbi bazası yaxınlığında baş verən hücum zamanı Mali müdafiə naziri Sadio Kamaranın öldüyü bildirilir. Rəsmi Bamako bu məlumatı hələlik təsdiqləməyib.
 

Ekspertlər hesab edirlər ki, bu hücumlar Mali hərbi hökuməti üçün ciddi zərbədir. Son illər ölkə Qərb ölkələri ilə əməkdaşlığı azaldaraq Rusiyaya daha çox yaxınlaşıb. Buna baxmayaraq, ölkədə təhlükəsizlik vəziyyəti pisləşməkdə davam edir.


Hadisələrlə bağlı əlavə məlumatlar dəqiqləşdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin