Tramp sui-qəsd cəhdindən sonra bunu tələb etdi

Hazırda oxunan: Tramp sui-qəsd cəhdindən sonra bunu tələb etdi

609474

ABŞ Prezidenti Donald Tramp ona qarşı sui-qəsd cəhdindən sonra Ağ Evdə yeni, xüsusi qorunan bal zalının tikintisinin sürətləndirilməsini tələb edib.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

ABŞ lideri bildirib ki, Vaşinqtonda baş verən son insident Ağ Evdə maksimum təhlükəsizliyə malik xüsusi tədbir zalının yaradılmasının vacibliyini göstərir.

Onun sözlərinə görə, Ağ Evdə “tam məxfi və təhlükəsiz” belə bir məkanın olması oxşar hadisələrin qarşısını ala bilərdi.
 

Tramp qeyd edib ki, qorunan bal zalı layihəsi mümkün qədər tez başa çatdırılmalıdır. O vurğulayıb ki, Ağ Ev binası ən yüksək təhlükəsizlik sistemləri ilə təchiz olunub və burada zəif nöqtələr yoxdur.


ABŞ Prezidenti həmçinin bu zalın tikintisinə qarşı qaldırılmış iddianın dərhal geri götürülməsini tələb edib.

Tramp iddianın “itini gəzdirən qadın” tərəfindən qaldırıldığını deyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin