Tokioda məmurlara işə şortda gəlməyə icazə verildi

Hazırda oxunan: Tokioda məmurlara işə şortda gəlməyə icazə verildi

609509

Yaponiyada dövlət qulluqçularına işə şortda gəlmək tövsiyə olunub.

Bizim.Media xəbər verir ki, bu qərarın məqsədi yay aylarında elektrik enerjisinə qənaət etməkdir.
 

Yerli hakimiyyət hesab edir ki, daha yüngül geyim işçilərin istidən daha az əziyyət çəkməsinə kömək edəcək. Bu isə kondisionerlərdən istifadənin azalmasına səbəb ola bilər.


AFP agentliyinin məlumatına görə, qərar bir neçə amillə bağlıdır. Əsas səbəblərdən biri enerji daşıyıcılarının bahalaşmasıdır. Digər səbəb isə Yaxın Şərqdə davam edən münaqişə fonunda elektrik enerjisi çatışmazlığı riskinin artmasıdır.

Tokio qubernatoru Yuriko Koike bildirib ki, hakimiyyət işçiləri rahat və yüngül geyimlərdən istifadə etməyə təşviq edir:

“Biz rahatlığa üstünlük verilən yüngül geyimlərin — polo köynəklərin, futbolkaların, idman ayaqqabılarının, həmçinin vəzifə öhdəliklərindən asılı olaraq şortların geyinilməsini təşviq edirik”, — deyə Koike qeyd edib.

Qeyd olunur ki, belə addım kondisionerlərin daha az işlədilməsinə və nəticədə elektrik enerjisinə qənaətə hesablanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin