Dünyada nələr baş verib? – XRONİKA - VİDEO

Hazırda oxunan: Dünyada nələr baş verib? – XRONİKA - VİDEO

609555

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün rəsmi səfərlə Sankt-Peterburqa gəlib. İran XİN-in məlumatına görə, onun Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşləri planlaşdırılır. 

Bizim.Media xəbər verir ki, Əraqçi Omandan qayıtdıqdan sonra bildirib ki, müzakirələr əsasən Hörmüz boğazından təhlükəsiz keçidin təmin olunmasına həsr edilib.

Al Mayadeen İranın vasitəçilər üzərindən ABŞ-yə üçmərhələli təklif göndərdiyini yazıb. Birinci mərhələ müharibənin dayandırılması və İrana, eləcə də Livana qarşı döyüşlərin yenidən başlamayacağına dair təminatların alınmasını nəzərdə tutur. İkinci mərhələ Hörmüz boğazının gələcək idarəetmə rejiminin Omanla koordinasiya şəraitində müzakirəsini əhatə edir. Üçüncü mərhələ isə İranın nüvə proqramı ilə bağlı danışıqlardan ibarətdir. Bildirilir ki, Tehran ilk iki məsələ üzrə razılıq əldə olunmadan nüvə mövzusunda danışıq aparmaqdan qəti şəkildə imtina edir. 

Axios isə qeyd edir ki, belə ssenari Tramp administrasiyası üçün əsas təzyiq rıçaqlarının itirilməsi demək ola bilər.
 

İsrail ordusu yaralı hərbçiləri təxliyə edərkən, Livanın cənubunda xilasetmə helikopterindən bir neçə metr aralıda dron partlayıb. Hücum nəticəsində xəsarət alan olmayıb. “Hizbullah” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.


İraqın Kərkük vilayətində baş verən zəncirvari yol qəzası nəticəsində 6 nəfər həyatını itirib, daha 27 nəfər yaralanıb. Hadisə zamanı 24 nəqliyyat vasitəsinə ziyan dəyib. İlkin məlumata görə, qəzaya səbəb sement daşıyan yük avtomobilinin sürücüsünün yüksək sürət səbəbindən idarəetməni itirməsi olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin