Dövlət qulluğuna qəbul imtahanının TARİXİ AÇIQLANDI
İyunun 7-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, BB vəzifə altqrupu üzrə keçiriləcək test imtahanında iştirak etmək üçün 1 389 namizəd qeydiyyatdan keçib.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap etmək üçün bu linkə daxil olmalıdırlar. İmtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslinin və &quo...