Dövlət qurumlarının nümayəndələri Bakı Dəniz Limanında – FOTO

Hazırda oxunan: Dövlət qurumlarının nümayəndələri Bakı Dəniz Limanında – FOTO

617186

Bakı Dəniz Limanında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və ADY nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüş zamanı limanda gömrük orqanları və sərhəd xidməti ilə birgə fəaliyyət barədə ətraflı məlumat verilib.

Əməliyyatların optimallaşdırılması istiqamətində görülmüş işlər, əldə olunmuş nəticələr və gələcək dövr üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub. ADY və Dövlət Gömrük Komitəsi tərəfindən təqdimatlar edilib, mövcud əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 

Görüşdə Bakı Limanının fəaliyyət göstəriciləri barədə də məlumat verilib. Bildirilib ki, 2026-cı ilin yanvar-may aylarında liman vasitəsilə 3 milyon 237 min ton yük aşırılıb.

May ayında isə yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz artaraq 812 min ton təşkil edib. Bu ilin ilk beş ayında liman vasitəsilə 50 050 TEU konteyner aşırılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 8,4 faiz üstələyir.
 

Həmçinin məlumat verilib ki, Bakı Limanında həyata keçirilən modernləşdirmə tədbirləri çərçivəsində ötən ay 7-ci körpü liman tarixində ilk dəfə aktiv istismara cəlb edilib, yük qaldırma gücü 125 ton olan yeni nəsil kran istifadəyə verilib.


Tərəflər logistika və nəqliyyat proseslərinin daha da təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması və qurumlararası əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, əməliyyatların daha da təkmilləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət davam etdirilir.

Birgə görülən tədbirlər nəticəsində yük və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi və yoxlanılması proseslərinin optimallaşdırılması, xidmət müddətlərinin azaldılması istiqamətində mühüm nəticələr əldə olunub.

Həmçinin rəqəmsal həllərin və süni intellekt əsaslı alətlərin tətbiqi ilə yükaşırma əməliyyatlarının avtomatlaşdırılması və idarəetmə proseslərinin daha da səmərələşdirilməsi istiqamətində işlər davam etdirilir.

Görüş iştirakçıları liman ərazisinə baxış keçirib, infrastrukturla tanış olublar. Həmçinin Bakı Limanında Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Miqrasiya Xidməti ilə tərəfdaşlıq çərçivəsində ötən il istifadəyə verilmiş Vahid Keçid Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub, mərkəz əməkdaşları ilə söhbət aparılıb, sənədləşmə prosesinin daha rahat və maneəsiz təşkili üçün əlavə tapşırıqlar verilib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin