ABŞ Prezidenti Donald Tramp İranın Küveytə hücumunu şərh edib.
Bizim.Media xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bu barədə danışıb.
“Baş verənlərin hər birinin səbəbi var. Biz onlara kifayət qədər güclü zərbə endirdik. Onlar müəyyən qədər təxribatla üzləşdilər və buna cavab verdilər”, – deyə Tramp bildirib.
ABŞ lideri tərəflər arasında aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini də vurğulayıb.
“Danışıqlar çox yaxşı gedir. Ola bilsin ki, bu baş verməsin, amma baş verərsə, böyük ehtimalla həftəsonu baş tutacaq”, – o qeyd edib.
Tramp Yaxın Şərqdə atəşkəs anlayışına da ironik münasibət bildirib:
“Dünyanın bu hissəsində atəşkəs o deməkdir ki, sadəcə daha mülayim şəkildə atəş açırsınız”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:04 / 04.06.2026
Tramp: “Həftəsonu İranla razılaşma əldə olunacaq” – VİDEO
Hazırda oxunan: Tramp: “Həftəsonu İranla razılaşma əldə olunacaq” – VİDEO
Hazırda oxunan: Tramp: “Həftəsonu İranla razılaşma əldə olunacaq” – VİDEO
617100
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































