DİQQƏT! Sumqayıtda qaz kəsiləcək

Hazırda oxunan: DİQQƏT! Sumqayıtda qaz kəsiləcək

617189

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatı bu gün müvəqqəti dayandırılacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Bizim.Media-ya verilən məlumata görə, şəhərin Xəzər bağları yaşayış massivində yerləşən diametri 89 millimetr olan qaz xəttində aşkarlanan sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar iyunun 4-də saat 15:00-dan etibarən ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq. Təmir işləri müddətində ümumilikdə 1000 abonentin qazla təminatında fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin