Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçiriləcək.
Bizim.Media xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat Qülləsinin qarşısında təşkil olunacaq.
Tanınmış müğənnilərin və yaradıcı kollektivlərin iştirakı ilə paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına Dənizkənarı Milli Parkda rəngarəng musiqi proqramı təqdim ediləcək.
Bayram konserti atəşfəşanlıqla yekunlaşacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:43 / 04.06.2026
Bu tarixdə Bakıda atəşfəşanlıq olacaq
Hazırda oxunan: Bu tarixdə Bakıda atəşfəşanlıq olacaq
Hazırda oxunan: Bu tarixdə Bakıda atəşfəşanlıq olacaq
617133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































