Azərbaycanda tramvay xətləri ilə bağlı daha BİR XƏBƏR

Hazırda oxunan: Azərbaycanda tramvay xətləri ilə bağlı daha BİR XƏBƏR

617153

Azərbaycanda tramvay xətləri dövlət mülkiyyətində olacaq.

Bizim.Media xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Nəqliyyat haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyə görə, ölkədə nəqliyyat dövlət, xüsusi və bələdiyyə mülkiyyət növlərinə əsaslanır.

Bütün nəqliyyat mülkiyyətçiləri bərabər hüquqa malikdirlər və qanunla eyni cür müdafiə olunurlar.

Ümumi istifadədə olan və dövlət əhəmiyyəti kəsb edən dəmir yolları və onların mühəndis tikililəri və qurğuları, magistral boru kəmərləri, mayaklar, gəmilərin təhlükəsiz hərəkətini nizamlayan və ona zəmanət verən qurğular və naviqasiya nişanları, hava hərəkətinin təşkili sisteminin obyektləri, həmçinin metropoliten dövlət mülkiyyətidir.

Layihədə isə təklif olunur ki, bu siyahıya tramvay xətləri (infrastrukturu) də əlavə edilsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin