Macarıstanın sabiq baş naziri Viktor Orbanın hüquqi məsuliyyətə cəlb edilməsi məsələsi gündəmə gəlib. Macar jurnalistlərin apardığı araşdırmaya görə, 5 mart tarixində Budapeşt ətrafında Ukraynanın "Oşadbank"ına məxsus inkassator maşınlarının və daxilindəki vəsaitlərin ələ keçirilməsi əmrini şəxsən həmin dövrdə baş nazir postunu tutan Viktor Orban verib.
Bizim.Media xəbər verir ki, "Telex" nəşrinin yaydığı təhqiqat materiallarında qeyd olunur ki, Orban bu addımı guya Rusiyanın zərbələri nəticəsində zədələnən "Drujba" neft kəmərinin Ukrayna tərəfindən bağlanmasına cavab olaraq atıb.
Jurnalistlər bu məlumatları hökumətdəki etibarlı və hadisədən birbaşa xəbərdar olan mənbələrinə istinadən işıqlandırıblar.
Skandal araşdırmaya Macarıstanın hazırkı baş naziri Peter Madyar da dərhal reaksiya verib.
O, öz "Facebook" hesabında etdiyi paylaşımda Viktor Orbanın hüquq-mühafizə orqanlarını və xüsusi xidmət orqanlarını birbaşa "əl rejimi" ilə idarə etdiyini bildirib və sabiq baş nazirin bu əməllərinə görə mütləq qanun qarşısında məsuliyyət daşımalı olduğunu bəyan edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:16 / 04.06.2026
Şok iddia: Viktor Orban Ukrayna bankının pullarını qanunsuz ələ keçirmək əmri verib
Hazırda oxunan: Şok iddia: Viktor Orban Ukrayna bankının pullarını qanunsuz ələ keçirmək əmri verib
Hazırda oxunan: Şok iddia: Viktor Orban Ukrayna bankının pullarını qanunsuz ələ keçirmək əmri verib
617142
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































