Yaxın Şərqdə nəhəng layihə: Türkiyədən Körfəz ölkələrinə dəmir yolu çəkilir – VİDEO

Hazırda oxunan: Yaxın Şərqdə nəhəng layihə: Türkiyədən Körfəz ölkələrinə dəmir yolu çəkilir – VİDEO

617125

Türkiyə və Səudiyyə Ərəbistanı Suriya ərazisindən keçməklə region ölkələrini birləşdirəcək strateji dəmir yolu marşrutunun bərpası imkanlarını nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib.

Türkiyə xarici siyasət idarəsinin rəhbəri rəsmi Ər-Riyadla aparılan danışıqların təfərrüatlarını bölüşüb:

"Biz Səudiyyə Ərəbistanı ilə Türkiyədən Suriyaya, oradan isə İordaniyaya, Səudiyyə Ərəbistanına və Fars körfəzinin digər ölkələrinə uzanan dəmir yolu marşrutunun yenidən işə salınması barədə müzakirələrə başlamışıq. Biz keçmiş hadisələrdən çox böyük dərslər çıxarmışıq", — deyə H. Fidan vurğulayıb.

Layihənin reallaşması Yaxın Şərqdə logistik əlaqələrin yenidən qurulması və region ölkələri arasında ticarət dövriyyəsinin kəskin artması baxımından mühüm tarixi əhəmiyyət kəsb edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin