"Apple"dan Rusiyaya növbəti zərbə: 60 milyonluq "MAX" messenceri "App Store"dan silindi

Hazırda oxunan: "Apple"dan Rusiyaya növbəti zərbə: 60 milyonluq "MAX" messenceri "App Store"dan silindi

617184

Rusiyanın yerli messenceri olan "MAX" tətbiqi "Apple" şirkətinin rəqəmsal mağazası "App Store"dan silinib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksut Şadayev məlumat verib.

Nazirin sözlərinə görə, platformanın "App Store"dan uzaqlaşdırılması nəticəsində 20 milyondan çox "iPhone" və "iPad" istifadəçisinin tətbiqə çıxışı məhdudlaşdırılıb. "Apple" tərəfindən bu qərarın hansı səbəbdən verildiyinə dair heç bir rəsmi izahat daxil olmayıb.

Qeyd olunub ki, "MAX" messencerinin ümumi gündəlik auditoriyası artıq 60 milyon nəfəri ötüb.

Bu istifadəçilərin təxminən 25-30%-i məhz iOS (Apple) platformasının payına düşürdü. Hazırda tətbiqin qəfil bloklanması fonunda alternativ yükləmə yolları və rəqəmsal nazirliyin reaksiyası müzakirə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin