ABŞ-dan Rusiyaya yeni sanksiya dalğası: 500%-lik gömrük rüsumu - FOTO

Hazırda oxunan: ABŞ-dan Rusiyaya yeni sanksiya dalğası: 500%-lik gömrük rüsumu - FOTO

617109

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların xeyli sərtləşdirilməsini nəzərdə tutan yeni qanun layihəsinin müzakirəyə çıxarılmasını dəstəkləyib.

Bizim.Media xəbər verir ki, səsvermə zamanı layihənin lehinə 218, əleyhinə isə 204 qanunverici səs verib.

Təqdim olunan sənəddə Rusiya Federasiyasının neft sektoruna qarşı məhdudiyyətlərin daha da sərtləşdirilməsi və Rusiya mənşəli mallara 500%-lik gömrük rüsumunun tətbiqi nəzərdə tutulur.

Bundan əlavə, layihəyə Ukrayna üçün lend-liz proqramının müddətinin 2028-ci ilə qədər uzadılması və 2026-2027-ci illərdə Kiyevə hər il 300 milyon dollar məbləğində maliyyə vəsaitinin ayrılması bəndləri də daxil edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin