Rauf Cabarov: “Kibertəhlükəsizlik sahəsində aparılan mübarizə ənənəvi döyüşlər qədər əhəmiyyətlidir"

Hazırda oxunan: Rauf Cabarov: “Kibertəhlükəsizlik sahəsində aparılan mübarizə ənənəvi döyüşlər qədər əhəmiyyətlidir"

617140

“2020-ci il Vətən müharibəsi bizə böyük qələbə qazandırdı. Həmin qələbə bir vacib həqiqəti də nümayiş etdirdi: qələbə yalnız səngərdə deyil, kiberməkanda da əldə olunur. Kibertəhlükəsizlik sahəsində aparılan mübarizə ənənəvi döyüşlər qədər əhəmiyyətlidir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rauf Cabarov Bakıda keçirilən “lV Milli Kibertəhlükəsizlik Forumu”nun rəsmi açılış mərasimində deyib.

O bildirib ki, 2022-ci ildə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təsis edilməsi barədə qərar qəbul olunması ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır:

"Təsisçilər bu vacib addımı vaxtında ataraq kibertəhlükəsizlik ekosisteminin inkişaf etdirilməsinin və ölkədə özəl kibertəhlükəsizlik şirkətlərinin sayının artırılmasının vacibliyi ilə bağlı cəmiyyətə mühüm mesaj verdilər".

Rauf Cabbarov vurğulayıb ki, bu gün keçirilən IV Milli Kibertəhlükəsizlik Forumuna bir çox ölkədən çox sayda peşəkar mütəxəssis cəlb olunub. 

"Forum çərçivəsində müxtəlif memorandumların imzalanması nəzərdə tutulur və bununla da beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsi hədəflənir".

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin