“Azərbaycanda son illərdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, institusional imkanların genişləndirilməsi və peşəkar kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb”.
Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nun rəsmi açılış mərasimində deyib.
Nazir müavini bildirib ki, bu günlərdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində yeni mühüm addım atılıb:
"Prezident İlham Əliyevin fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb. Milli Kibertəhlükəsizlik Agentliyi Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisi kimi bu sahədə formalaşmış təcrübəni, potensialı və institusional imkanları daha da inkişaf etdirəcək.
Agentliyin qarşısında ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi, informasiya infrastrukturunun dayanıqlığının təmin olunması, koordinasiya mexanizmlərinin gücləndirilməsi və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanın təşkili kimi mühüm vəzifələr durur".
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:11 / 04.06.2026
Yeni yaradılan Milli Kibertəhlükəsizlik Agentliyinin əsas vəzifələri AÇIQLANDI
Hazırda oxunan: Yeni yaradılan Milli Kibertəhlükəsizlik Agentliyinin əsas vəzifələri AÇIQLANDI
Hazırda oxunan: Yeni yaradılan Milli Kibertəhlükəsizlik Agentliyinin əsas vəzifələri AÇIQLANDI
617144
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































