Dubayın hakim ailəsinin üzvü olan şeyx Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı gimnast Zeynəb Cavadlının və üç övladının Dubay polisi tərəfindən qaçırıldığı iddia edilir.
Bizim.Media “Daily mail” nəşrinə istinadla xəbər verir ki, bbu barədə onun britaniyalı vəkili Devid Heyq məlumat verib.
Vəkilin sözlərinə görə, Zeynəb Cavadlı ilə son əlaqə iyunun 2-də baş tutub və bundan sonra onunla əlaqə tamamilə kəsilib. Heyq hesab edir ki, Dubay polisi gecə saatlarında evə basqın edərək onu və üç qızını naməlum istiqamətə aparıb.
Vəkil bildirib ki, Zeynəb Cavadlı BMT-yə müraciət etmək üçün hüquqi proses başladıb və yaxın günlərdə beynəlxalq təşkilatlardan təcili müdaxilə tələb olunacaq.
Xatırladaq ki, bu ilin aprelində Dubay məhkəməsi Zeynəb Cavadlının üç qızının qəyyumluğunu onların atası, Dubay hakim ailəsinin üzvü Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktuma qaytarmaq barədə qərar çıxarmışdı. Məhkəmə sənədlərində qərarın icrası üçün zərurət yaranacağı halda polis qüvvəsindən istifadə oluna biləcəyi qeyd edilmişdi.
Keçmiş beynəlxalq gimnast olan Zeynəb Cavadlı isə uşaqların yanında qalmasına dair əvvəllər əldə edilmiş razılaşmanın mövcud olduğunu bildirərək qərara etiraz edib. O, həmçinin keçmiş həyat yoldaşını övladlara qarşı laqeyd münasibətdə ittiham edib.
Hadisə Dubay hakim ailəsi ilə bağlı əvvəlki qalmaqalları da yenidən gündəmə gətirib.
Bunlar arasında Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun qızı Şeyxa Lətifənin və bacısı Şeyxa Şəmsanın işi, eləcə də keçmiş həyat yoldaşı Şahzadə Həyanın BƏƏ-dən qaçması yer alır.
Dubay Polisi və Şeyx Səidin nümayəndələri məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.



Bizim.Media

- A-
- A
- A+
Dünya
09:34 / 04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı - FOTO
Hazırda oxunan: Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı - FOTO
Hazırda oxunan: Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı - FOTO
617112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































