Cəlilabad rayonunda ağır cinayət hadisəsi qeydə alınıb. Hadisə rayonun Məhəmməd Hadi küçəsində baş verib.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, 2011-ci il təvəllüdlü Əzizov Anarın 1999-cu il təvəllüdlü Cəfərova Səidəyə xəsarətlər yetirməsi nəticəsində qadın hadisə yerində həyatını itirib.
Anarın ailəsi uzun müddətdir Rusiyanın Yekaterinburq şəhərində yaşayır. O, bir müddət əvvəl babası tərəfindən yaxın qohumlarının yaşadığı Cəlilabada gətirilib. Anarın Səidənin həyat yoldaşının dayısıoğlu olduğu bildirilir.
Yaxınlarının sözlərinə görə, yeniyetmənin psixoloji vəziyyətində müəyyən problemlər olub.
Hadisənin Səidənin iki azyaşlı övladını baxçaya aparmaq üçün evdən çıxdığı vaxtdan sonra baş verdiyi qeyd olunur. Hadisədən sonra şübhəli şəxs ərazidən uzaqlaşıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media







































































































