Mirzoyan Rubio ilə imzaladığı "Tramp Marşrutu" sazişini rəsmiləşdirdi - VİDEO

Hazırda oxunan: Mirzoyan Rubio ilə imzaladığı "Tramp Marşrutu" sazişini rəsmiləşdirdi - VİDEO

617160

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsi ilə ABŞ arasında "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (Trump Route for International Peace and Prosperity – TRIPP) layihəsinə dair strateji əməkdaşlıq haqqında çərçivə sazişini imzalayıb.

Bizim.Media xəbər verir ki, imzalama mərasimi Ermənistan Xarici İşlər Nazirliyinin sosial şəbəkə səhifəsində canlı yayımlanıb.

Ararat Mirzoyan birbaşa efirdə sənədə imza ataraq layihənin rəsmiləşdiyini elan edib.

Nazir bildirib ki, sənəd daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio tərəfindən imzalanıb və Ermənistana göndərilib:

"Bir neçə saniyə öncə, sizin gözləriniz qarşısında TRIPP üzrə Ermənistan-ABŞ çərçivə sazişini imzaladım. Xatırlayırsınızsa, bu sənəd mayın 26-da İrəvanın “Zvartnots” hava limanında ABŞ Dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı tərəfimizdən parafrasiya edilmişdi.

Dövlət katibi Rubio artıq müqaviləyə öz imzasını atmışdı və sənəd Ermənistana göndərilmişdi. Mən də Ermənistan tərəfindən imzamı qoydum, bununla da distant imzalama prosesi başa çatdı və saziş ratifikasiya mərhələsinə hazır vəziyyətə gətirildi".

Layihə nəyi nəzərdə tutur?

ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) iyunun 3-də qəbul etdiyi qərara əsasən, layihə çərçivəsində Ermənistan-Amerika birgə müəssisəsi olan "TRIPP Development Company" təsis edilib.

Bu təşəbbüs regionda ticarət, nəqliyyat, iqtisadi inkişaf və kommunikasiyaların bərpasını dəstəkləmək məqsədi daşıyır. Layihə çərçivəsində dəmir yolları, avtomobil yolları, boru xətləri və fiber-optik şəbəkələrin qurulması kimi irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi planlaşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin