Azərbaycanda baş ağrılarına həsr olunmuş beynəlxalq tədris proqramı keçiriləcək – FOTO

Hazırda oxunan: Azərbaycanda baş ağrılarına həsr olunmuş beynəlxalq tədris proqramı keçiriləcək – FOTO

617179

Avropa Başağrıları Federasiyası və SHE komitəsinin təşəbbüsü və dəstəyi ilə, Azərbaycanın başağrıları sahəsində ilk ixtisaslaşmış mütəxəssisi, Miqren Baş Ağrı Mərkəzinin rəhbəri, Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin üzvü, Avropa və Beynəlxalq Başağrıları Cəmiyyətlərinin üzvü və spikeri Dr. Sərxan Əmirquliyevin rəhbərliyi və təşkilatçılığı ilə ölkəmizdə başağrılarına həsr olunmuş 4 -5 iyun tarixlərində iki günlük beynəlxalq tədris proqramı keçiriləcək.

Bizim.Media xəbər verir ki, tədbirin ilk günü Bakıda, ikinci günü isə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə təşkil olunacaq.

Seminar və workshop çərçivəsində iştirakçılar başağrıları sahəsində ən son elmi nailiyyətlərlə tanış olmaq, beynəlxalq ekspertlərlə birbaşa ünsiyyət qurmaq və onların klinik təcrübələrindən faydalanmaq imkanı əldə edəcəklər.
 

Proqramın əsas məqsədi həkimlərin başağrıları sahəsində bilik və bacarıqlarını artırmaq, müasir diaqnostik və müalicə yanaşmalarını gündəlik klinik praktikaya inteqrasiya etmək, diaqnostik dəqiqliyi yüksəltmək və pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaqdır.


Bu tədbir, eyni zamanda, Azərbaycan həkimlərinin beynəlxalq elmi mühitə inteqrasiyası, qabaqcıl təcrübələrin ölkəmizə gətirilməsi və başağrıları sahəsində peşəkar əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin