Şimali Koreyadan nüvə bəyanatı: İstehsal 2 dəfə artırıldı – FOTO

Hazırda oxunan: Şimali Koreyadan nüvə bəyanatı: İstehsal 2 dəfə artırıldı – FOTO

617104

Şimali Koreya (KXDR) Dövlət İşləri Şurasının Sədri Kim Çen In ölkədə silah dərəcəli nüvə materialları istehsal edən yeni zavodun fəaliyyəti ilə tanış olub.

Bizim.Media xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
 

Şimali Koreya lideri obyektdə olarkən bildirib ki, nüvə silahlı qüvvələrinin gücləndirilməsi istiqamətində son beş ildə aparılan ardıcıl mübarizə sayəsində ölkənin silah dərəcəli nüvə materialları istehsal etmək potensialı 2 dəfə artıb.


Zavoda baxış çərçivəsində Kim Çen Inın rəhbərliyi ilə ölkənin nüvə arsenalının daha da gücləndirilməsi və potensialının genişləndirilməsinə dair mühüm işgüzar müşavirənin keçirildiyi də qeyd olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin