Ağalarov məşhur müğənniləri Bakıya gətirir - İlk dəfə yay festivalı

Hazırda oxunan: Ağalarov məşhur müğənniləri Bakıya gətirir - İlk dəfə yay festivalı

140112
9-10 iyul tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda Sea Breeze istirahət mərkəzində ilk dəfə “JARA”x9d Beynəlxalq musiqili yay festivalı keçiriləcək.

Moderatoraz xəbər verir ki, festival günlərində Rusiya estradasının ən parlaq ulduzlarının iştirakı gözlənilir. Festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqoriy Leps və Russkoye Radio-nun yaradıcısı, "Zolotoy Qrammafon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Tədbirin həm Rusiya, həm də Azərbaycan televiziyasında yayımlanması planlaşdırılır. Festivalın ulduzlu qonaqları arasında Valeriy Meladze, Nyuşa, Qriqoriy Leps, A-studio, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, EMİN, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Ciqan, Svetlana Loboda, Qlyukoza, IOWA və digərləri var. Festivalda həmçinin, Zülfiyyə Xanbabayeva və "Rast" qrupunun iştirakı da nəzərdə tutulur. Beynəlxalq “JARA”x9d festivalının hər il keçiriləcəyi və musiqi aləmində parlaq mədəni hadisəyə çevriləcəyi planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin