"Maqomayevin iti..." - Aygün Kazımova

Hazırda oxunan: "Maqomayevin iti..." - Aygün Kazımova

113557
Təxminən 20 il bundan əvvəl mən Müslüm Maqomayevin də olduğu bir konsertdə iştirak edəcəkdim.
 
Axar.az xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova korifey sənətkar Müslüm Maqomayevlə bağlı xatirəsini “Ondan sonra”x9d verilişinə danışarkən deyib. O, Müslüm Maqomayevi o vaxt qınadığına görə peşman olduğunu bildirib:
 
“O vaxt çox sevinirdim ki, Müslüm Maqomayevlə eyni səhnəni bölüşəcəyəm. Birdən bizə dedilər ki, Müslüm müəllim gələ bilmir. Soruşdum ki, niyə gələ bilmir, nə olub? Dedilər, Müslüm Maqomayevin iti xəstələnib, buna görə də əhvalı yoxdur. Həmin vaxt onu çox qınamışdım ki, itdir də, nə olsun?! Amma 20 il sonra başa düşdüm ki, heyvanlar insanlardan daha etibarlıdır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin