Kiyevə 90 milyard avroluq kreditin ilk tranşı bu tarixdə göndəriləcək

Hazırda oxunan: Kiyevə 90 milyard avroluq kreditin ilk tranşı bu tarixdə göndəriləcək

613902

Avropa İttifaqı 90 milyard avroluq maliyyələşdirmə çərçivəsində Kiyevə ilk transı iyunun ilk yarısında göndərmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-nin inkişaf məsələləri üzrə nazirlərinin görüşünə gələrkən təsdiqləyib.

"İlk trans iyunun ilk yarısında göndərilməlidir, biz hazırda bunun üzərində işləyirik", — deyə o bildirib.

Qeyd edək ki, Kallas daha əvvəl verdiyi açıqlamada ilk transın təxminən 9 milyard avro təşkil edəcəyini və bu məbləğin 6 milyard avrosunun pilotsuz uçuş aparatlarının (PUA) satın alınmasına xərclənəcəyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin