Türkiyə Prezidentinin sabiq baş müşaviri Oktay Saralın 29 Oktyabr Respublika Günü münasibətilə etdiyi paylaşım izləyicilər tərəfindən tənqid atəşinə tutulub.
Bizim.Media xəbər verir ki, Saral “X” hesabında etdiyi paylaşımda Cümhuriyyətin banisi olan Mustafa Kamal Atatürkün adını çəkməyib.
Bu isə izləyicilərin haqlı narazılığına səbəb olub.
İstifadəçilər “Atatürkü anmadan Respublika Günü qeyd edilə bilməz”, “Respublika Günündə belə Atatürkün adını çəkə bilmirsən” deyə qeyd ediblər.
Ən diqqətçəkən məqam isə Saralın paylaşımına şərh bildirən əksər sosial şəbəkə istifadəçilərinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmələridir.
Məsələn, Əhməd adlı sosial şəbəkə istifadəçisi yazıb:
“Var ol, Prezident Əliyev. Cümhuriyyət Bayramını yalandan qeyd edərkən belə Atatürkün adını çəkə bilməyən bu adamın vəzifəsindən uzaqlaşdırılmasına şərait yaratdığınız üçün Sizə minnətdarıq”.
Şahin Demirkaya adlı istifadəçi də oxşar fikirləri qeyd edib:
“Allah başda Atatürk olmaqla mübarizə aparan bütün böyüklərimizdən razı olsun. Sizin kimilərə qalsa idi, bu günləri görə bilməzdik. Yaşasın Əliyev!”.
Xatırladaq ki, Oktay Saral oktyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə baş müşavir vəzifəsindən istefa verdiyini açıqlamışdı. Daha əvvəl isə o Azərbaycan Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində təhsialanlar və təhsilverənlərin geyim normaları ilə bağlı qərarını tənqid etmiş, bunun “qəbuledilməz” olduğunu bildirmişdi.
Oktay Saralın sosial şəbəkə hesabındakı paylaşımına yazılan şərhlərdən bəzilərini təqdim edirik:
Bizim.Media







































































































