Arda Gülər Mbappedən üzr istədi – FOTO-VİDEO

Hazırda oxunan: Arda Gülər Mbappedən üzr istədi – FOTO-VİDEO

643659

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülər komanda yoldaşı Kilian Mbappe ilə bağlı paylaşımı ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Leyptsiq"ə qarşı keçirilən görüşdə maraqlı hadisə yaşanıb.

"Real Madrid"in ikinci qolunda Mbappenin qapıya göndərdiyi topa son anda Arda toxunub. Nəticədə qol türkiyəli futbolçunun adına yazılıb.

Qarşılaşmadan sonra sosial şəbəkə hesabında paylaşım edən Arda bu epizoda yumorla yanaşıb. O, Mbappeyə müraciətlə "Qolunu oğurladığım üçün üzr istəyirəm" sözlərini yazıb.

Qeyd edək ki, görüş "Real Madrid"in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin