Nazim Qasımzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Hazırda oxunan: Nazim Qasımzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

643665

İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinə yeni müavin təyin edilib.

Bizim.Media Yurd.Media-ya istinadla xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nazim Qasımzadə İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Qasımzadə 2009–2026-cı illər ərzində Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyində zəngin fəaliyyət yolu keçib.

2009-cu ilin aprelindən 2022-ci ilin aprelinədək İnformasiya Texnologiyaları (İT) şöbəsinin rəisi, 2022-ci ilin aprel–avqust aylarında Agentliyin direktor əvəzi, 2022-ci ilin avqustundan 2026-cı ilin yanvarınadək isə Dövlət Xəzinədarlığı Agentliyinin direktoru vəzifəsini icra edib.

O, cari ilin yanvarında maliyyə naziri Sahil Babayevin müvafiq əmrilə, Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsindən azad edilib.

Bundan sonra bir neçə ay işsiz qalan N.Qasımzadə bu ilin aprel–iyul aylarında "B&B Security" şirkətində Direktorlar Şurasının sədri vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin