Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

643672

Abşeronda oğurluqda və anasını qətlə yetirməkdə təqsirləndirilən Allahverən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Tariyel Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Allahverən Əhmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, Allahverən Əhmədov anası Afət Əhmədovaya atəş açaraq onu qətlə yetirib.

O, həmçinin oğurluqda ittiham edilib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 177.2.3-cü (yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq), 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 228.1-ci (qanunsuz olaraq silah və döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə və digər əməllər) maddələri ilə ittiham irəli sürülüb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin