Əhməd İsmayılov “D-8”in Baş katibi ilə görüşdü – FOTO

Hazırda oxunan: Əhməd İsmayılov “D-8”in Baş katibi ilə görüşdü – FOTO

614323

20 may tarixində Medianın İnkişafı Agentliyində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə ikitərəfli görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov D-8 üzv dövlətləri arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin, media qurumları və aidiyyəti sahə üzrə məsul institutlar arasında təcrübə mübadiləsinin təşviqinin əhəmiyyətini vurğulayıb.
 

Bildirilib ki, müasir informasiya mühitində media savadlılığının gücləndirilməsi, yanlış məlumatlandırma və dezinformasiyaya qarşı koordinasiyalı fəaliyyət mexanizmlərinin formalaşdırılması, eləcə də rəqəmsal transformasiya şəraitində peşəkar və dayanıqlı media mühitinin inkişafı xüsusi aktuallıq kəsb edir.


D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Sohail Mahmud D-8 üzv dövlətləri arasında media sahəsində qarşılıqlı səfərlərin, peşəkar mübadilə proqramlarının, birgə media təşəbbüslərinin və ortaq layihələrin təşviqinin vacibliyini vurğulayıb.

O, media məzmununun hazırlanması və yayımı sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinin, həmçinin innovativ texnologiyaların, o cümlədən süni intellekt həllərinin media sahəsində məsuliyyətli tətbiqinin müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Eyni zamanda D-8 Media Mükəmməllik Mərkəzinin fəaliyyətinin təşkili, Mərkəzin koordinasiyalı kommunikasiya təşəbbüsləri üçün platforma kimi fəaliyyət imkanları müzakirə olunub, media və informasiya təhlükəsizliyi sahəsində birgə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin