Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) mühüm bir məqamdır ki, Yeni Şəhərsalma Proqramının nəzərdən keçirilməsindən bir neçə ay əvvəl təşkil olunur. Buna görə də bu, Nyu-Yorka aparılacaq bütün məsələlərin müzakirəsi üçün çox vacib bir an sayılır. Həmçinin bu tədbir dağıntılardan bərpaya qədər yenidənqurma təcrübələrinin nümayişidir.
Bizim.Media xəbər verir ki, bunu Braziliyanın Yamaykadakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Biz Azərbaycanı dinləyəcək, onun təcrübələrini öyrənəcəyik. Braziliya olaraq, öz təcrübələrimizi də təqdim edəcəyik.
Lakin layiqli mənzil təminatının ləyaqət, bərabərlik və ədalət əsasında qurulduğu barədə eyni anlayışı bölüşürük. Burada ekoloji ölçü də var. Çünki iqlim böhranı daha çox imkansızlara, həssas təbəqəyə təsir göstərir. Düşünürəm ki, bunlar burada aparılacaq müzakirələrin əsas mövzuları olacaq", - deyə o vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:04 / 17.05.2026
Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik
Hazırda oxunan: Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik
Hazırda oxunan: Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik
613715
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































