Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı Litva rəsmisindən AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı Litva rəsmisindən AÇIQLAMA – VİDEO

613705

“Tədbir həqiqətən çox yaxşı təşkil olunub, hər şey qaydasındadır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Litvanın Ətraf Mühit Nazirliyinin aparat rəhbəri Povilas Poderskis deyib.
 

“Hesab edirəm ki, ilk gün əsasən yeni şəhərsalma gündəliyinə yönəlmiş çox sayda müzakirələr, söhbətlər və debatlardan ibarət çox səmərəli bir tədbirin yalnız başlanğıcıdır. Hazırda yeni şəhərsalma gündəliyinin ortamüddətli dövrüdür, ona görə də nəyin edildiyini, qarşımızda hansı problemlərin qaldığını və onları həll etmək üçün nələri dəyişməli olduğumuzu gözdən keçirmək üçün çox yaxşı zamandır.


Mənim gözləntim Litvada qarşılaşdığımız oxşar problemləri həll edən dünyanın bir çox yerindən yeni dostlar və həmkarlar tapmaqdır.

Ümid edirəm ki, Azərbaycanla daha yaxşı dostluq münasibətləri qura və şəhər həyatı ilə bağlı bir çox sektorlarda daha çox əməkdaşlıq imkanları yarada bilərik. Bura suyun təmizlənməsindən tutmuş yağış sularının toplanmasına, daha yaxşı inkişaf təcrübələrinə, daha yaxşı tikinti materiallarına və s. qədər hər şey daxildir”.


Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin