Azərbaycan Pakistan üçün ən strateji ölkələrdən biridir - Nazir

Hazırda oxunan: Azərbaycan Pakistan üçün ən strateji ölkələrdən biridir - Nazir

613667

Azərbaycan Pakistan üçün ən strateji ölkələrdən biridir.

Bizim.Media xəbər verir ki, bunu Pakistanın iqlim dəyişikliyi naziri Musadik Malik Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a açıqlamasında deyib.

Nazir Azərbaycanın qlobal dayanıqlı inkişaf gündəliyində mühüm rol oynadığını diqqətə çatdırıb:
 

“Azərbaycan COP-da liderlik nümayiş etdirdi. Bu gün də ölkə mənzil və şəhərsalma həlləri sahəsində qlobal liderlik rolunu oynayır”.


Musadik Malik əlavə edib ki, iqlim dəyişiklikləri ilə mənzil məsələləri arasında mühüm əlaqə mövcuddur və Azərbaycan bu əlaqəni beynəlxalq səviyyədə ön plana çıxarmağı bacarır. “Bu cür forumlar yeni həllər, texnologiyalar, maliyyə mənbələri və özəl sektorun qlobal mənzil həllərində iştirakının genişləndirilməsi baxımından çox vacibdir”, – deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin