Anar Quliyev: Qarabağ və Şərqi Zəngəzurda bunun şahidi olacağıq - VİDEO

Hazırda oxunan: Anar Quliyev: Qarabağ və Şərqi Zəngəzurda bunun şahidi olacağıq - VİDEO

613630

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.

Bizim.Media xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Anar Quliyev qeyd edib ki, sözügedən iqtisadi rayonlar yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir. Bu istiqamətdə həyata keçirilən mütərəqqi quruculuq işləri və iqtisadi islahatlar uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, eləcə də regionlararası balansın daha səmərəli formalaşmasına müsbət təsir göstərəcək.

Komitə sədrinin sözlərinə görə, əsas prioritet istiqamətlərdən biri investisiyaların innovativ sahələrə yönləndirilməsidir.
 

“Bu gün kənd təsərrüfatı və sənaye sahələrində nano və biotexnologiyaların tətbiqi həmin sektorlarda gəlirliliyi 35-40 faizə qədər artıra bilər. Hesab edirəm ki, yaxın dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu texnologiyaların kənd təsərrüfatı və sənaye sektoruna tətbiqinin şahidi olacağıq”, – deyə Anar Quliyev vurğulayıb.


Anar Quliyev əlavə edib ki, innovativ yanaşmalar regionda rentabelliyin yüksəlməsinə və qabaqlayıcı iqtisadi inkişafın stimullaşdırılmasına şərait yaradacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin