Azərbaycanlı müşahidəçilər Ermənistanda keçiriləcək seçkilərdə iştirak edəcək? – Deputatdan AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanlı müşahidəçilər Ermənistanda keçiriləcək seçkilərdə iştirak edəcək? – Deputatdan AÇIQLAMA

612710

“İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində Azərbaycan tərəfinin iştirak etməsi məsələsi haqqında hələlik dəqiq məlumat vermək düzgün olmaz”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Fariz İsmayılzadə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, seçki prosesləri ilə bağlı müşahidə formatları da dəyişir:

“Bu gün artıq müşahidə missiyaları yalnız ənənəvi formada deyil, müxtəlif layihələr, rəqəmsal platformalar və beynəlxalq əməkdaşlıq mexanizmləri çərçivəsində həyata keçirilir. Burada müxtəlif ölkələrdən nümayəndələr, ekspertlər və siyasi dairələrin təmsilçiləri iştirak edir. Bu baxımdan proseslərə beynəlxalq marağın artdığı açıq görünür.

Ümumiyyətlə, son illərdə Azərbaycanda keçirilən müxtəlif beynəlxalq görüşlər, forumlar və müşahidə missiyaları göstərir ki, ölkə regional və qlobal proseslərin mühüm iştirakçılarından birinə çevrilib. Bu tədbirlərdə həm siyasi dairələrin nümayəndələri, həm ekspertlər, həm də müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.

Müxtəlif formatlarda keçirilən görüşlər, müzakirələr və müşahidə proqramları artıq yalnız klassik siyasi platformalarla məhdudlaşmır. Burada həm dövlət rəsmiləri, həm parlament nümayəndələri, həm də ictimai sektor təmsilçiləri iştirak edirlər. Bu isə Azərbaycanda fərqli baxışların və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndiyini göstərir".

Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin