ABŞ-ın briqada generalı DSX-nın Sahil Mühafizə İdarəsində olub

Hazırda oxunan: ABŞ-ın briqada generalı DSX-nın Sahil Mühafizə İdarəsində olub

612487

Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsini ziyarət edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Voqan Xəzər dənizində mühüm infrastrukturun qorunması və narkotiklərin qanunsuz daşınmasına qarşı fəaliyyətləri dəstəkləmək üçün ABŞ-ın Avropa Komandanlığının Azərbaycana göstərdiyi yardımı nəzərdən keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin