Ceyhun Bayramov Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng etdi - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng etdi - FOTO

611572

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng edib

Bizim.Media xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
 

"Əziz qardaşım və dostum Mövlud Çavuşoğlu ilə telefon danışığımız zamanı Mövlud bəyin qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması xəbərini kədər və narahatlıqla qarşıladığımızı diqqətə çatdırdım. Vəziyyətinin sabit olduğu bildirilən Aydın Çavuşoğluya şəfa diləyirəm. Bu çətin məqamda Çavuşoğlu ailəsinə həmrəyliyimizi ifadə edirik. Allah yar və yardımçınız olsun!", - deyə o qeyd edib.


Xatırladaq ki, Mövlud Çavuşoğlunun qardaşı, Aydın Çavuşoğluya silahlı hücum olub. İş adamı Aydın Çavuşoğlu dünən axşam saatlarında ofisində güllələnib. Məlumata görə, o, əməliyyat olunub, reanimasiyadadır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin