Cəmil Həsənlinin şikayəti təmin olunmadı

Hazırda oxunan: Cəmil Həsənlinin şikayəti təmin olunmadı

34786
Oktyabrın 4-də Bakı Apellyasiya Məhkəməsi Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin İctimai Teleradioya və Mərkəzi Seçki Komissiyasına qarşı iddiasına baxıb. 

Cəmil Həsənli İctimai Televiziyadan ödənişli efir vaxtı ala bilməməsindən şikayətçidir. Televiziya ödənişli efir vaxtının ayrılması ilə bağlı müraciət müddətinin bitdiyini bəyan edərək imtina cavabı verib. Namizədin MSK-ya şikayəti isə faydasız olub. 

Vəkil Elman Fəttah “Azadlıq” radiosuna deyib ki, bu gün məhkəmə Cəmil Həsənlinin ödənişli efir vaxtı almaq üçün İTV-yə vaxtında müraciət etmədiyini əsas gətirərək MSK-nın imtina qərarını qüvvədə saxlayıb: “Prosesdə vəsatət qaldırdıq ki, İTV-nin qeydiyyat kitabı məhkəməyə gətirilsin, amma təmin olunmadı. Halbuki biz sentyabrın 23-də müraciət etmişik, son müraciət müddəti isə ayın 24-də bitib”.

Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin