Metroda üztanıma ilə ödəniş nə vaxt tətbiq olunacaq? – Rəsmi CAVAB

Hazırda oxunan: Metroda üztanıma ilə ödəniş nə vaxt tətbiq olunacaq? – Rəsmi CAVAB

635919

Ötən il Bakı metrosunda biometrik  ödəniş mexanizminin tətbiq edilməsiylə əlaqədar müzakirələr edilirdi. Ancaq hələ ki, bu mexanizm istifadəyə verilməyib. Bu barədə sınaqların nə yerdə olduğu, üztanıma ilə ödəniş texnologiyasının metroda nə zaman istifadəyə veriləcəyi maraq doğurur.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Bizim.Media-ya bildirilib ki, bu mexanizmin tətbiq edilməsi gələcəkdə mümkündür:

“Bakı metropolitenində gedişhaqqının ödənilməsi məqsədilə biometrik (üztanıma) sistemin tətbiqi gələcəkdə mümkün hesab olunur. Lakin hazırda bu məsələnin aktuallığı yalnız gələcək planların, texniki həllərin müzakirələri, habelə bu texnologiyaların ölkəmizdə genişlənərək dünya təcrübəsinin diqqət mərkəzində saxlanılması və öyrənilməsi çərçivəsində mövcuddur”.

Verilən açıqlamada Bakı metrosunda sərnişinlər üçün həyata keçirilən rəqəmsal ödəniş imkanlarından da bəhs edilib:

“Hazırda sərnişinlər “BakıKart” və QR biletlə yanaşı, NFC texnologiyasını dəstəkləyən yerli və xarici bank kartlarından, həmçinin “Apple Pay” və “Google Pay” xidmətlərindən istifadə edə bilirlər”.

Xatırladaq ki,  bu ildən etibarən Azərbaycan Dəmiryolları QSC-də  “SİMA Pay” – üztanıma ilə ödəniş sistemi tətbiq olunub.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin