Xəbər verdiyimiz kimi, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağda səfərdədir.
Bizim.Media xəbər verir ki, diplomatlar artıq Füzuli Beynəlxalq Hava Limanındadırlar.
Qeyd edək ki, diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Bizim.Media
































































































