Bərdə Rayon Mərkəzi Xəstəxanasında ürək fəaliyyəti dayanan şəxsin həyatı xilas edilib.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1963-cü il təvəllüdlü şəxs (kişi) kəskin stenokardiya səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentdə ürək fəaliyyətinin dayanması müşahidə edilib. Təxminən 25 dəqiqə ərzində aparılan ürək-ağciyər reanimasiyası və digər təxirəsalınmaz tibbi müdaxilələr nəticəsində pasiyentin həyatını xilas etmək mümkün olub.
Qeyd edək ki, stenokardiya ürək əzələsinin kifayət qədər oksigen ala bilməməsi səbəbilə yaranan qəfil və sıxıcı sinə ağrısıdır.
Bizim.Media



































































































