Tanınmış rusiyalı bloger Artemi Lebedev Ermənistanın Baş naziri Nikol Paşinyana məsləhət verib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Lebedev Erməni Apostol Kilsəsi ilə uzunmüddətli münaqişəsi fonunda məsləhətindən qalmayıb.
"Sadəcə hökumətinizin burnunu kilsə işlərinə soxmamalısınız", - deyə Lebedev Ermənistanın baş nazirinə bütün ermənilərin katolikosu II Qareginin Masiatsotn yeparxiyasının keçmiş rəhbəri Arman Saroyanı vəzifəyə bərpa etməkdən imtina etməsi ilə bağlı xəbəri şərh edərkən deyib.
Onun fikrincə, Paşinyan kilsə ilə münaqişə zamanı "tamamilə dəli olub".
Erməni Apostol Kilsəsi dəfələrlə Paşinyan hökumətinin qərarlarını tənqid edib. Baş nazir öz növbəsində bildirib ki, Erməni Kilsəsində kanonlara zidd olan əmlak və vəzifə mirası sistemi hazırlanır. O, həmçinin II Qaregini subaylıq andını pozmaqda ittiham edərək istefa verməyə çağırıb.
Bizim.Media

- A-
- A
- A+
Region
22:00 / 14.08.2026
Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"
Hazırda oxunan: Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"
Hazırda oxunan: Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"
631196
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































